Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Xaçmaz rayon bələdiyyəsi rayonun sosial infrastruktur problemini həll etmir

Xaçmaz rayon bələdiyyəsi rayonun sosial infrastruktur problemini həll etmir

Mahir Fətəliyev vəzifəsindən sui-istifadə edir

Xaçmaz rayonunda bir sıra qurumların fəaliyyətsizliyi rayonun vəziyyətini çətinləşdirib. Rayon camaatının dediklərinə görə, Xaçmaz rayon bələdiyyəsinin fəaliyyətində bir sıra nöqsanlar var. Bələdiyyə sədri Mahir Fətəliyev sədr seçiləndən bəri rayonda vəziyyət acınacaqlı haldadır. Rayon sakinlərinin dediyinə görə, Mahir Fətəliyev rayon sakinlərinə məxsus torpaq sahələrini zəbt edir. Belə ki, bələdiyyə sədri uzun illərdir vətəndaşlara məxsus olan torpaq sahələrini istədiyi şəxslərin zəbt etməsinə şərait yaradır. Deyilənə görə, Mahir Fətəliyev onun sədr seçilməsinə kömək edən şəxsin sakinlərə məxsus torpaq sahələrindən istifadə etməsinə şərait yaradır.

Bu isə vətəndaşların ciddi narazılığına əsas yaradır. Vətəndaşlar sədrə bununla bağlı etirazlarını bildirsələr də, heç bir faydası olmur. Ona görə də mətbuata üz tutan xaçmazlılar dərdlərinə bir əlac tapılmasını istəyirlər. Verilən məlumatlara görə, hər il rayon sakinlərindən vergi yığılmasına və icarədə olan torpaqlara görə pul alınmasına baxmayaraq rayonun yolları bərbad gündədir. Bələdiyyə sədri yolların abadlaşdırılması üçün heç bir iş görməyib, əhalinin sosial problemlərinin həlli istiqamətində heç bir tədbir görməyib.

Bütün bunlar onu deməyə əsas verir ki, Xaçmaz bələdiyyə sədri Mahir Fətəliyev imkanlarını əməli iş üçün deyil, öz büdcəsini artırmaq üçün səfərbər edir. Sözügedən bələdiyyə sədrinin fəaliyyəti dövri olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumun mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur.

Qeyd edək ki, mütəmadi olaraq redaksiyamıza Xaçmaz bələdiyyəsinin yarıtmaz fəaliyyəti, o cümlədən məxsusi olaraq Mahir Fətəliyevin törətdiyi özbaşınalıqlar barədə açıqlamalar təqdim olunmuşdu. Bu şəxs vəzifəsindən sui-istifadə edir. Hesab edir ki, sədr olaraq rayonda bir çox qanunsuz əməllərə yol verə bilər. Rayon sakinlərinin başına min-bir oyun aça bilər. Lakin bilmir ki, müvafiq qurumlar Xaçmaz bələdiyyəsinin fəaliyyətini araşdırarsa, bu şəxs qanun qarşısında cavab verməli olacaq. Mötəbər qaynaqlardan aldığımız xəbərə görə, müvafiq qurumlar hər an sədrin fəaliyyətini yoxlaya və onun barəsində qanuni tədbirlər həyata keçirə bilər. Əgər mənbənin dedikləri doğrudursa, o zaman Xaçmaz bələdiyyə sədri tezliklə məsuliyyətə cəlb olunacaq.

Etibarlı mənbələrin verdiyi məlumata görə, Xaçmazın ən gur nöqtələrində onun aptekləri, super-marketləri, gözəllik salonları, tikinti materialları dükanı, şadlıq sarayları və avtoservisləri var. Bakıdakı obyektlərinin, mənzillərinin isə dəqiq sayını bilən yoxdur.

Qeyd edək ki, bələdiyyə sədri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlara ciddi ziyan vurur. Bu da rayonun neçə-neçə sakininin haqlı narazılığına səbəb olur. Məhz bu məmurun fəaliyyətindəki nöqsanlar səbəbindən rayon sakinləri bir çox problemlərlə üzləşirlər. Təəssüf ki, bələdiyyə sədri yerli vergilər hesabına rayonun sosial infrastruktur problemini həll etmir.

 

Qarşı tərəfə də cavab haqqı tanıyırıq.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın