Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Gündəm / Akif Çovdarovun Göyçayda nar bağları “tapıldı”

Akif Çovdarovun Göyçayda nar bağları “tapıldı”

Sabiq MTN generalı Rusiya bazarına nar ixrac edirmiş

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlıModerator.az-a maraqlı informasiya daxil olub.

Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarovun Göyçayda böyük nar təsərrüfatı mövcud olub ki, həmin təsərrüfatdan əldə edilən məhsul bilavasitə Rusiya bazarına ixrac edilib.

Sabiq generalın rayonun Bığır kəndində yerləşən nəhəng nar təsərrüfatının qurulmasına xeyli miqdarda vəsait sərf etdiyinə diqqət çəkən mənbə, A.Çovdarovun Rusiya bazarlarında da “təmizlik işləri” apardığını bildirib. Belə ki, MTN generalı Rusiya bazarına çıxardığı narın rəqabətsiz ortamda satışını təmin etmək üçün nar biznesi ilə məşğul olan digər soydaşlarımızı şantaj yolu ilə özünün təmsil olunduğu bazarlardan çıxarıb.

Mənbənin sözlərinə görə, A.Çovdarovla eyni bazarda təmsil olunan bəzi nar satıcıları MTN-ə dəvət edilərək onlarla “profilaktiki iş” aparılıb. Məhz bu kimi addımlardan sonra kimsə A.Çovdarovla eyni bazarda nar satmağa maraq göstərməyib…

Həmçinin oxuyun

METROPOLİTEN RƏSMİSİNİN DƏ PRAQADA BİZNESİ TAPILDI – Fotolar

“Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr …

Bir cavab yazın