Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / Ağcabədidə məmurlar sakinlərə belə zülm edir… – NARAZILIQ VAR…

Ağcabədidə məmurlar sakinlərə belə zülm edir… – NARAZILIQ VAR…

Redaksiyamıza Ağcabədi rayonundan bir qrup sakinlərin yazılı şikayəti daxil olub həmin şikayəti sizlərə olduğu kimi təqdim edirik.

Bildiririrk ki, Laçın rayonu erməni faşistləri tərəfindən işxal ediləndən sonra 1992-ci iln may ayından biz Ağcabədi rayonun bir saylı meşə zolağında məskunlaşmışıq və hal-hazırda həmin ərazidə yaşayırıq.

2010-cu ildə Ağcabədi rayonun Meşə Mühafizəsi və Bərpası müəsisəsinə Müzəffər Cəfərov müdir təyin edildiyi vaxtdan biz məcburi köçkün olan beş ailənin qara günləri başladı.Beləki,mal-qaramızın otarılması üçün hər il bizdən icarə haqqı adı ilə hər bir hektara 40 azn olmaqla 2010-cu ildə 50h, 2011-ci ildə 30h, 2012-ci ildə 30h, 2013-cü ildə 37h, 2014-cü ildə 47h-nın pulu alınmışdır.

Baxmayaraq ki, bizdən pul nağd alınıb bizə heç bir qəbz və ya müqavilə verilməyib.Müqavilə və qəbz istədikdə aramızda ciddi mübahisələr olub. Azərbaycan Respublikasının demokratik, dünyavi qanunlarına məhəl qoymayan, M.Cəfərov 2015-ci i lin fevral ayının 11-də şəxsi təsərrüfatımızda olan iki baş atı meşə ərazisindən apararaq iki yüz manat cərimə yazmışdırki güya atlarımız meşə zolağına ziyan vurub.Mübahisə olmamaq üçün həmin iki yüz manat cəriməni idarənin kassasına ödəsəkdə atlarımızı iki ay həbsdə saxladı.Bu özbaşnalıq haqda Ağcabədi rayon İcra Hakimiyyətinə, Ağcabədi rayon Prokurorluğuna, Ağcabədi RPŞ-na müraciət etsəkdə ” biz M.Cəfərova heç nə deyə bilmirik”dən başqa bir köməklik olunmadı. Biz məcburi köçkün ailələrini dəfələrlə aşağlayan və hətda banda düzəldərək üstümüzə hücum edərək evlərimizi uçurduran M.Cəfərovun özbaşnalıqlarından bezərək Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İ.Əliyev cənablarına,Respublikanın Baş Prokurorluğuna, DİN-ə çoxsaylı müraciətlər etdik və 2015-ci ilin may ayında Prezident Aparatında, Dövlət Qaçqınkomda və iyun a yında Daxili İşlər Naziri cənab R.Usubovun qəbulunda olduq.Biz Cənab R.Usubovun qəbulunda olduqdan sonra bir neçə ay sakitçilik yaransada sonradan M.Cəfərov yenidən bizə köçkünlük həyatı yaşatmaq iddiasına düşdü.

M.Cəfərov bütün “rıçaklarını” işə salaraq hər vəclə biz beş ailəni bu ərazidən uzaqlaşdırmaq istəyir.Buna görədə 2015-ci ilin yayında Ağcabədi rayon Məhkəməsinə köçürülməyimizlə bağlı iddia ərizəsi verdi. Ağcabədi Rayonunda xüsusi söz sahibi olan, əslində heç kimi saymayan, keçmiş cəbhəçi M.Cəfərovun iddia ərizəsini rayon məhkəməsinin təmin etməməsi mümkünsüzd haldır.

Buna görədə Ağcabədi rayon Məhkəməsinin hakimi E.Quliyevin sədirliyi ilə 26.11.2015-ci il tarixdə keçirilən məhkəmə iclasında M.Cəfərovun iddiasının qismən təmin edilməsinə dair qətnamə çıxarıldı.Əslində E.Quliyev bu qərarı ilə Azərbycan xalqının Ümumilli Lideri, Ulu Ön dərimiz, mərhum Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması və məşxulluğunun artırılması haqda imzaladığı müfaviq sərəncamada sayqısızlıq etdi. Biz Ağcabədi Rayon məhkəməsinin bu ədalətsiz qərarı ilə razılaşmayıb 21 dekabr 2015-ci il tarixdə Şirvan Apellasiya Məhkəməsinə qərardan şikayət ərizəsi verdik. Bu məsələ Apellasiya Məhkəməsində olduğu halda 23.12.2015-ci il tarixdə M.Cəfərov 55-60 nəfərlik quldur dəstəsi ilə bizə hücüm edərək “sizin Ağcabədidə yer yoxdur , gedin Laçında yaşayın” kimi aşağlayıcı ifadələr işlədərək çıxmayacaqımız təqdirdə bizi güllətdirəcəyi ilə hədələdi.Azğınlaşmış M.Cəfərov gətirdiyi bandanın köməkliyi ilə bizə məxsus olan altı ictimai tövləni və bir yaşayış evini traktora qoşaraq yerlə yeksan edib bildirdi ki, “sizə 15 gün vaxt verirəm əgər köçməsəniz qalan evlərinizidə başınıza uçuracağam”. M.Cəfərov bildirirki “mən heç bir qanun tanımıram, mənim öz qanunlarım var,arxamda duran adamım və istənilən qədər pulum var. Nə etsənizdə mənim sözüm eşidiləcək”.

Hal-hazırda biz beş ailə çıxılmaz bir vəziyyətdə qalmışıq.Bütün təsərrüfatımız qışın bu çağında məhf olmaq təhlükəsi ilə üz-üzədir.Eyni zamanda M.Cəfərovun hədələrinin real olacaqına inanırıq və bu hədələrdə azyaşlı uşaqlarımız ruhi həyəcan keçirərək pis xəstəliklərə düçar olacaqlarından qorxuruq. Odurki sizin portalınız vastəsi ilə Azərbaycan Respublikasının möhtərəm cənab Prezidenti İ.Əliyevə,Azərbaycan Respublikasının Birinci xanımı Mehriban xanım Əliyevaya və Respublikanın bütün hüquq mühafizə orqanlarına,Ambusman aparatının rəhbəri Elmira xanım Süleymanovaya müraciət edər bizi Azərbaycan Respublikasının ali qanunlarını saymayan, özünü əsl mafiya babası kimi göstərən Ağcəbədi Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin müdiri M.Cəfərovun zülmündən xilas etmələrini xahiş etdik.

Bizə köməklik olunmazsa biz beş ailənin bütün üzvlərinin həyatı real təhlükə ilə üz-üzə qalacaq.
1.Qələndərova Telli Qulu qızı- AZE-04871170 ikinci qrup əlil.
2.Hümbətova Roza Həsən qızı AZE-03835523 təqaüdçü
3.Misirov Misir Sərdar oğlu AZE -08784759 Ehtiyatda olan zabit.
4.Qələndərov Xaləddin Əşrəf oğlu AZE-14968414 ikinci qrup əlil
5. Misirov Xəndan Sərdar oğlu AZE -09859803 işsiz
6.Misirov İqb al Sərdar oğlu AZE-05146361 ikinci qrup əlil
7.Misirova Əfsanə Müqabil qızı AZE- 08784757
9.Misirova Əfsanə Sabir qızı AZE-09859798
10.Qələndərov Nurəddin Əşrəf oğlu AZE-09858442
11.Qələndərova Billurə İlyas qızı AZE-09859626

Onu da vurğulayaq ki, İcra Hakimiyyətinə, Ağcabədi rayon
Prokurorluğuna, Ağcabədi RPŞ-na göndərilsədə baxilmadan dəfn edildi.

dia.az

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın