Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / 26 yaşlı Gülər ərini niyə öldürüb? – qardaşı və atası da günahlandırılır

26 yaşlı Gülər ərini niyə öldürüb? – qardaşı və atası da günahlandırılır

Bir bıçaq zərbəsi ilə ərini öldürməkdə təqsirləndirilən 26 yaşlı qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərininin ölümünə günahkar bilinən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutub.

Məhkəmədə 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri ifadə verib.

Xəstəxananın cərrahı Səbuhi Talıbov deyib ki, həmin gün növbədə olub.

O bildirib ki, xəstə qəbulu şöbəsinə gətiriləndə artıq həyat əlamətləri olmayıb: “O artıq dünyasını dəyişmişdi. Sonra da prokurorluqda ifadə verdim. Həmin ifadəni təsdiqləyirəm”.

Digər şahid isə xəsətəxananın əməkdaşı Tural Əliyev olub. O, da digər şahid kimi eyni məzmunlu ifadə verib.

Şahid əlavə edib ki, yaralı xəstəxanaya gətirilən zaman həyətdə səs-küy olub. Onun sözlərinə görə, yarlını xəstəxanaya gətirən Gülər Mirzəyeva olub: Qucağında körpə uşaq da var idi. Qışqırıdılar ki, yaralı var. Onlar xəstəxananın yolun bilmədikləri üçün çöl qapıya gəlmişdilər. Biz də xərək gətirib xəstəni qəbul şöbəsinə apardıq. Müayinə zamanı məlum oldu ki, o artıq dünyasını dəyişib”.

Məhkəmədə ifadə verən digər şahid isə Əli Əliyev olub. O, da xəstəxananın əməkdaşıdır. Ə.Əliyev deyib ki, xəstəni qəbul şöbəsinə xərəkdə gətiriblər: Biz onu maşından düşürdəndə artıq öldüyünü gördük”.

Məhkəmədə hər iki tərəf əlavə şahidlərin olduğunu və onların dindirilməsini istəyiblər.

Vəkil Bəxtiyar Hacıyev vəsatət verərək mərhumun xalası Gülxanım Babayevanın əlavə şahid kimi dindirilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, G.Babayeva mərhumla həuat yoldaşının münasibətlərində yaranan problemləri bilən əsas şahidlərdəndir.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası sentyabrın 8-nə tətin edilib.

Bildirək ki, Gülər Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Zərərçəkmiş tərəfin iddiasına görə G.Mirzəyeva qətli tək törətməyib. Bu işdə təqdirləndirilən qadının atası və qardaşı da günahlamdırılır.

Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb.

Onun vəkili Bəxtiyar Hacıyev əvvəlki prosesdə vəsatət verərək Gülərin qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib, işin istintaqa qaytarılmasını istəmişdi. Amma vəsatət təmin edilməmişdi.

Hadisə 2016-cı il noyabrın 7-də Maştağa kəndində baş verib. Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib. G.Mirzəyeva ərini xəstəxanaya özü gətirib.

G.Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.

 

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın