Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Gündəm / 17 min abituriyentin 100 baldan aşağı yığmasının səbəbi

17 min abituriyentin 100 baldan aşağı yığmasının səbəbi

Kamran Əsədov: “Ali təhsil almaq heç də gələcək karyeranı qurmaq üçün əsas amil deyil”

Ali məktəblərə qəbul imtahanının birinci mərhələsində 17 min abituriyent biabırçı nəticə göstərərək 0-99 bal arası yığıb. Onların əksəriyyətinin repetitor yanına gedən abituriyentlər olduğu deyilir.
Təhsil Nazirliyindənsə APA-ya bildirilib ki, 2014/2015-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7% idisə, 2015/2016-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40%, 2016/2017-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9% olub. 2017/2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel, 7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9% təşkil edib. 2017/2018-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, növbəti tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib. Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb. Qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb.
Qeyd edək ki, Azərbaycanda orta məktəbi bitirən şagirdlərin hamısı, valideynlərin istəyi ilə ali məktəblərə üz tuturlar. Peşə məktəblərinə, hansısa peşə ardınca getmirlər. Halbuki bu cür peşə sahiblərinə bu gün tələbat daha çoxdur. Danılmaz faktdır ki, hər il ali məktəbi bitirənlərin əksəriyyəti işsizdir. Bəzən onlar arasında əlacsız qalıb hansısa peşə öyrənənlər, fəhlə işləyənlər belə olur.
Maraqlıdır, bu cür az nəticə göstərən abituriyentləri nəzərə alıb peşə məktəbləri ilə bağlı təbliğatı yüksəltmək daha doğru olmazdımı?
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, şagirdlərin keyfiyyətli təhsil ala bilməməsi qəbul və buraxılış imtahanlarının nəticələri ilə ortaya çıxır: “Təəssüf ki, hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra ortaya çıxan nəticələr heç də ürək açan olmur – baxmayaraq ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu ildən etibarən qəbul imtahanlarında iştirak etmək üçün tələb olunan xidmət haqqını fantastik həddə artırdı və elan etdi ki, bundan sonra ancaq daha çox hazırlıqlı və istəkli abituriyentlər iştirak edəcək və nəticələr yüksələcək. Yəni kəmiyyət azalsa da, keyfiyyət artacaq. Lakin elan olunan nəticələr bunun doğru proqnoz olmadığını ortaya çıxardı. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplaya bilmədi. Azərbaycan insanının mentalitet xüsusiyyətləri var ki, hətta bilik və bacarıqları uyğun gəlməsə belə, mütləq şəkildə ali təhsil almaq üçün müraciət etməlidir. Halbuki ali təhsil almaq heç də gələcək karyeranı qurmaq üçün əsas amil deyil. Xoşagəlməz hal odur ki, keçid balı toplaya bilməyən 33 minə yaxın abituriyent mütləq şəkildə diplom almaq üçün xarici ölkələrə üz tutur. Halbuki onlar ölkədə qalıb peşə təhsili və orta ixtisas təhsili alsalar, daha ucuz və keyfiyyətli olar, əmək bazarında işlə təmin olunmaları da rahat olardı”.
K.Əsədov imtahan nəticələrinin illərdir qalxmamasının səbəblərindən də danışdı. O, səbəbi məktəblərdə tədrisin düzgün qurulmamasında görür: “Nəticələrin illər ərzində qalxmamasının tək səbəbi orta məktəblərdə düzgün tədrisin qurulmamasıdır. Yəni şagirdlərin keyfiyyətli təhsil ala bilməməsi qəbul və buraxılış imtahanlarının nəticələri ilə ortaya çıxır. Lakin 400 baldan yuxarı olan bütün nəticələr orta məktəbin nəticəsi deyil, repetitor müəllimlərin nəticəsidir. Hesab edirəm ki, ali məktəblərə qəbul ola bilməyən şəxsləri xüsusi proqram çərçivəsində peşə təhsilinə və kolleclərə yönəltmək lazımdır”.

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın