Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / Əli Kərimli haqda şok açıqlama – 16 il əvvəlki görüş

Əli Kərimli haqda şok açıqlama – 16 il əvvəlki görüş

2000-ci il parlament seçkiləri ərəfəsində Əli Kərimli hakimiyyətlə sıx təmasda olub.

“ Azunforum.az ” xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O, bildirib ki, həmin vaxt Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: “Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, “Müsavat”la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP “yurdçular”a və “klassiklər”ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.

S.Novruzov deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var.

Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, “dilindən yazılı iltizam vermişdi”.

S. Novruzov onu da deyib ki, Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün Ə. Kərimli iqtidarla bütün danışıqlara gedib: “Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram”.

Həmçinin oxuyun

“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” – İTTİHAM

Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.Bu barədə “Report”a məlumat …

Bir cavab yazın