Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ərdoğan xalqa müraciət edib

Ərdoğan xalqa müraciət edib

Ötən qış başladığımız təbii qaz istehlakına dəstək proqramını bu il də davam etdirəcəyik. Ev sahibi və ya kirayəçisindən asılı olmayaraq bu dəstəkdən yararlanmaq istəyən bütün vətəndaşlar 5 sentyabr tarixindən etibarən elektron hökumət vasitəsilə müraciət edə bilərlər.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.

Hökumətin ötən iclasından bu günə qədər ölkənin xarici və daxili siyasətində baş verən proseslər, həyata keçirilən tədbirlər, eləcə də əhalinin sosial-rifahının yüksəlişi istiqamətində atılan addımlar barədə ümumi məlumat verən Prezident Ərdoğan Samsunda keçirilən Aerokosmik və texnologiya festivalı “TEKNOFEST-2022 Qara Dəniz”in nəticələri, Malazgirt Zəfərinin 951-ci ildönümü münasibətilə təşkil olunan möhtəşəm tədbirlərin mahiyyəti, Zəfər bayramının yüzüncü ildönümü və s. mühüm məsələlərə dair fikir və mülahizələrini bölüşüb.

Dövlət başçısı hökumətin həyata keçirdiyi sosial-iqtisadi proqramların dayandırılmayacağını və heç bir prosesin bu məsələləri əngəlləyə bilməyəcəyini diqqətə çatdırıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …