Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Zelenski Qərb ölkələrini ittiham etdi: Ukraynalı pilotların təlimi gecikdirilir

Zelenski Qərb ölkələrini ittiham etdi: Ukraynalı pilotların təlimi gecikdirilir

Ukraynalı pilotlar üçün təlim missiyalarının qrafiki hələ də yoxdur. 
Bu barədə Vladimir Zelenski Kiyevdə İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, ukraynalı pilotların Qərb qırıcıları ilə işləmək üçün təlimlərə nə vaxt başlayacağı bəlli deyil. “Ukraynalı pilotlar üçün təlimlərə başlamağa hazır olan ölkələr koalisiyasının olması ilə razılaşdıq, təzyiq göstərdik. Təlim missiyası cədvəli yoxdur. Düşünürəm ki, bəzi partnyorlar bunu süründürürlər. Onların niyə bunu etdikləri məlum deyil”, – deyə Ukrayna lideri bildirib.
O, hansı ölkələrin təlimlərin başlamasını gecikdirdiyini dəqiqləşdirməyib.
Bundan əvvəl CNN telekanalı Zelenskinin ABŞ siyasətçilərinin açıqlamalarından qorxduğunu bildirmişdi.
KİV-in məlumatına görə, Ukrayna lideri “bəzi respublikaçılardan gələn təhlükəli mesajlardan sonra ABŞ-ın ikipartiyalı dəstəyini itirməkdən qorxduğunu deyib”.
Kanal qeyd edib ki, ABŞ-ın Ukraynaya yardımını davam etdirib-etdirməməsi sualı Respublikaçılar Partiyasının sıralarında parçalanmaya səbəb olub. Bundan əvvəl bəzi respublikaçı siyasətçilər qeyd etmişdilər ki, Vaşinqton sonda Ukrayna prezidentini bir sıra ərazilərin itirdiyini etiraf etməyə və eskalasiya risklərini azaltmaq üçün Krımı qaytarmaq ambisiyalarından əl çəkməyə məcbur edəcək.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …