Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ermənistan-Türkiyə sərhədi ilə bağlı açıqlama

Ermənistan-Türkiyə sərhədi ilə bağlı açıqlama

Hazırda Ermənistan Türkiyə ilə sərhəd bölgəsində Marqara (Alican) sərhəd-keçid məntəqəsinin yenidən qurulması və təchiz edilməsi üzərində fəal işləyir.

Bunu Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

O qeyd edib ki, proses yaxın vaxtlarda yekunlaşacaq.

“Ümid edirəm ki, Türkiyə tərəfi də razılaşmanı yerinə yetirəcək və tezliklə üçüncü şəxslərin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhəd açıq olacaq”, – deyə Rubinyan bildirib.

Rubinyanın sözlərinə görə, belə hallarda əldə edilən ilk razılaşmaların yerinə yetirilməsi çox vacibdir.

“Razılaşmalar yerinə yetirilirsə, o zaman inam artır, razılaşmalar həyata keçirilməsə, onda mövcud olan kiçik inam yox olur. Və bu yaxşı deyil”, – Rubinyan vurğulayıb.

Xatırladaq ki, aprelin 21-də Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsində layihələndirmə və tikinti-təmir işlərinə 28,3 milyon dram (təxminən 73 min dollar) vəsait ayırıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …