Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Yaponiyada qar fəlakəti – Fotolar + Video

Yaponiyada qar fəlakəti – Fotolar + Video

Yaponiyada qar yağışı özü ilə birgə fəsadlar gətirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, orta illik normadan 10 dəfə çox yağan qar ölkə ərazisində nəqliyyatın vəziyyətini iflic edib. Yağıntılardan ən çox əziyyət çəkən bölgə Niiqata, Fukui, İsikava və Toyama prefekturaları olub.

Niiaqataya düşən rekord  134 sm hündürlüyündə qar səbəbindən həmin bölgədən Naqaokuya gedən qatar yolda qalıb. Nəticədə 600 sərnişin vaqonda gecələməli olub.

Bir sıra məktəblərdə dərslər təxirə salınıb.

Aysel Kərimova





Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …