Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “WikiLeaks” sahibinin gizli həyatı: onun iki oğlu varmış – FOTOLAR

“WikiLeaks” sahibinin gizli həyatı: onun iki oğlu varmış – FOTOLAR

Cənubi Afrika əsilli vəkil Stella Morris: “Culian Assanj ölə bilər”

“WikiLeaks” saytının banisi və sahibi Culian Assanjın nişanlısı olduğunu söyləyən Cənubi Afrika əsilli vəkil Stella Morrisin reportajı yayılıb.

Videoda 2016-cı il doğumlu Qabriel və onun qardaşı 2019-cu il doğumlu Maks da nümayiş etdirilib. Britaniyanın “The Daily Mail” qəzeti Culian Assanjın gizli şəkildə iki oğula sahib olduğunu bildirib.

Adıçəkilən qəzetə geniş müsahibə verən 37 yaşlı vəkil Morris 2011-ci ildə Assanjla ilk dəfə görüşdüklərini və münasibətlərinin 2015-ci ildə başladığını söyləyib.

İsaveç və ispan dillərində səlist danışan Stella Morris uzun illərdir, şəxsi həyatının gizliliyini qorumağa çalışdığını bildirib.

ccaa4.JPG (35 KB)

Vəkil “WikiLeaks” saytının qurucusu Culian Assanjın iki övladı olduğunu açıqlayıb və koronavirusun yayılması səbəbiylə Assanjın həyatı ilə əlaqədar narahat olduğunu dilə gətirib.

Onlara qarşı davamlı şəkildə casusluq fəaliyyətinin olduğunu iddia edən Stella Morris görülən bütün tədbirlərə baxmayaraq, ailəsini qoruya bilməyəcəyini başa düşdüyünü ifadə edib.

ccaa2.JPG (41 KB)

O, uşaqlarının və Culian Assanjın həyatına görə narahat olduğunu deyib: “Culianın zəif fiziki durumu onu risk qrupundakı digər insanlar kimi ciddi təhlükə altında qoyur”.

Avstraliya doğumlu Culian Assanj Britaniyanın təhlükəsizlik baxımından ən üstün həbsxanası olan Belmarşda saxlanılır. O, Ekvador səfirliyində 7 il qaldıqdan sonra həmin həbsxanaya aparılıb.

ccaa3.JPG (45 KB)

Məlum olub ki, Qabriel doğularkən atası prosesi canlı yayımla izləyirmiş. Amerika casuslarının uşağın həqiqətən də Assanja məxsus olduğunu müəyyən etmək üçün onun DNK-sını əldə etməyə çalışdığı iddia olunur.

Qəzet bildirib ki, əgər Assanj tezliklə həbsdən buraxılmasa o, uşaqlarının anası ilə elə həbsxanada evlənməli olacaq. O da məlum olub ki, uşaqlar da atalarını həbsxanada ziyarət edib.

Culian Assanjın iki oğlunun olması xəbəri onun dostlarını da, düşmənlərini də heyrətləndirib.

ccaa1.JPG (29 KB)

Qəzet yazır ki, Culian Assanjın həyatı həqiqətən də təhlükə altındadır. Onun saxlanıldığı həbsxanada artıq bir məhbus koronavirus səbəbindən vəfat edib.

Stella Morris hazırda Londonda yaşayır. Culian Assanjın anası və atası öz nəvələri ilə tez-tez görüşürlər. Britaniyanın bir sıra nüfuzlu şəxsləri Culian Assanja və onun xanımına dəstək verirlər.

Musavat.com

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …