Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Bu gün katoliklər Pasxa bayramını qeyd edir

Bu gün katoliklər Pasxa bayramını qeyd edir

Bu gün bütün dünyada katoliklər Pasxa bayramını qeyd edir.

Qeyd edək ki, hazırda dünyada koronavirus bəlası yaşandığından demək olar ki, əksər ölkələrdə kilsələr bağlanıb. Buna görə də xristianlar bu bayramı evdə qeyd edəcəklər.

Məsələn, katolik ölkə olan İtaliyada da koronavirus Pasxa şənliklərinə əngəl törədib. Din xadimləri və ibadət edən insanlar bu şənliklərdə iştirak etməyin yeni yollarını tapıblar.

Böyük Britaniya kraliçası II Elizabet isə Pasxa bayramı ilə bağlı xalqa müraciət edib. Kraliça səsli müraciətini kral ailəsinin rəsmi “Twitter” hesabından paylaşıb.

Müraciətdə bildirilir: “İnsanlar özlərini təcrid etdiyindən bu il Pasxa bayramı çoxları üçün fərqli olacaq. Lakin Pasxa bayramının keçirilməsi ləğv edilməyib. Əksinə, hazırda bu bayrama heç vaxt olmadığı qədər çox ehtiyacımız var. Koronavirus bizə qalib gələ bilməyəcək”.

Qeyd edək ki, Pasxa xristian dinində ən vacib bayram hesab olunur. Bu bayramın keçirilmə tarixi Nikey kilsəsi tərəfindən 325-ci ildə müəyyənləşib. Ənənəyə görə, bayram yazın girməsi və ayın bədirlənməsindən sonrakı ilk bazar günü qeyd olunur.

Bu ilki katolik Pasxası aprelin 12-nə təsadüf edib. Pravoslav xristianlar isə bu bayramı bir həftə sonra qeyd edəcək.

Xatırladaq ki, 1977-ci ildə Roma Papası 6-cı Pavel bu bayramı eyni gündə, aprelin 2-ci bazar günündə qeyd etmək üçün pravoslavlarla razılığa gəlməyə cəhd etsə də, razılıq əldə olunmamışdı. Musavat.com

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …