Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Viktoriya Nuland yenidən vəzifəyə qayıdır

Viktoriya Nuland yenidən vəzifəyə qayıdır

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Viktoriya Nulandın dövlət katibinin müavini vəzifəsinə namizədliyini nəzərdən keçirir.

Bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, demokratlar bir həftə ərzində bu barədə qərarı elan edə bilər.

Daha əvvəl Nuland ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Beləliklə, Nuland Rusiyaya qarşı daha sərt sanksiyaların tərəfdarı, Moldova, Gürcüstan və Ukraynadakı qərbyönümlü qüvvələrə dəstək verilməsinin tərəfdarı olub.

O, 2017-ci ildə Donald Trampla fikir ayrılıqlarına görə vəzifəsindən gedib. Daha sonra Yeni Amerika Təhlükəsizlik Mərkəzinin (CNAS) rəhbəri olub. Azvision.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …