Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Evrostroy-S.S MMC (Sipark)” şirkəti vətəndaşların ölümünə səbəb olub – 3 il davam edən tikinti, evsiz vətəndaşlar…

“Evrostroy-S.S MMC (Sipark)” şirkəti vətəndaşların ölümünə səbəb olub – 3 il davam edən tikinti, evsiz vətəndaşlar…

Nərimanov rayon sakinləri “Evrostroy-S.S MMC (Sipark)” şirkətindən şikayətçidirlər. Sakinlərin şikayət məktubu sosial şəbəkələrdə yayılıb.

Azsiyasət.com vətəndaşların həmin şikayət məktubunu olduğu təqdim edir:  

“Biz 2017-ci ilin oktyabr ayından yaşadığımız ərazidən (Nərimanov rayonu Firdovsi Məmmədov, Təbriz və Kazım Kazımzadə küçələrinin kəsişməsi) “Evrostroy-S.S MMC (Sipark)” şirkəti tərəfindən pilot layihə olaraq müqavilə əsasında 20 aylığına kirayələrə köçürüldük. Lakin şirkət 20 ay müddətin də tikintini özlərinə məlum olan səbəblərdən yekunlaşdıra bilmədilər və yeni müqavilə imzalatdırdılar. Bundan başqa kirayə pullarının verilməsində ciddi problemlər yaşayırıq. Həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti tam sürətlə davam edir və çox güman ki, bu ilin sonunda onlardan bir neçəsi artıq sakinlərə təhvil veriləcək. Qonşularımızdan bir neçə nəfər bu problemlərin mənəvi və psixoloji sarsıntılarına tab gətirməyərək vəfat etdilər. Artıq oktyabr ayında 3 il tamam oldu ki, biz öz evlərimizə köçürülməmişik.

Dəfələrlə müvafiq qayda da Nərimanov Rayonu İcra Hakimiyyətinə etdiyimiz şikayətlər, müraciətlər və etirazlar cavabsız qalıb. Nərimanov Rayonu İcra Hakimiyyəti və şəxsən başçı Abidin Fərzəliyev bizim binamızın tikilib zamanın da təhvil verilməməsində bir başa məsuliyyət daşıyır.

Hörmətlə, sakinlər:

1.Mircəfərova Həcər Seyidhüseyn qızı

2.Həsənova Nuriyyə Rəhim qızı

3.Şirinov Nüsrət Şirin oğlu

4.Şirinov Şirin Nüsrət oğlu

5.Şirinova Rəna Nüsrət qızı

6.Şirinova Qızılgül İsa qızı

7.Ağayeva Ruhəngiz Ələkbər qızı

8.Cəfərova Lamiyə Telman qızı

9.Həsənova Günay Bəyzadə qızı

10.Əliyeva İlhamə Eyvaz qızı

11.Yaqubova Xuraman Saday qızı

12.Quliyeva Nigar Fəxrəddin qızı

13.Şirinova Lalə Nüsrət qızı

14.Babayev Nurullah Süleyman oğlu

15.Babayeva Kəmalə Əli qızı

16.Babayev İlkin Nurullah oğlu

17.Babayev Elgün Nurullah oğlu

18.Zeylanova Pakizə Fehruz qızı

19.İsmayılova İradə Ömər qızı

20.Yaqubova Leyla Rafiq qızı

21.Yaqubov Çingiz Rafiq oğlu

22.Mustafayev Zaur Ələsgər oğlu

23.Zeynalov Zahid Zeynal oğlu

24.Quliyev Cəmaləddin Qasım oğlu

25.Manafov Elman Vəli oğlu

26.Cəhdinicat Sona Eyyub qızı

27.Manafov Rafael Elman oğlu

28.Yusifov Namiq Səlim oğlu

29.Yusifov Səlim Vəli oğlu

30.Yusifova Qəmər Əvəz qızı…”. 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …