Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Türkiyədə kişilərin saçlarını qara rəngə boyamalarına qadağa qoyuldu

Türkiyədə kişilərin saçlarını qara rəngə boyamalarına qadağa qoyuldu

Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.

Daily News nəşrinin məlumatına görə, müvafiq fətvanı Türkiyə Diyanət İşləri İdarəsi verib.

“Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”, – fətvada bildirilir.

Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır.

Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …