Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Ağdamda bir ay əvvəl əri ölən qadın özünü asdı

Ağdamda bir ay əvvəl əri ölən qadın özünü asdı

Ağdamda 53 yaşlı qadın intihar edib.

Trend-in məlumatına görə, hadisə rayonun Üçoğlan ərazi nümayəndəliyinin Ballar kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Səmayə Kamal qızı özünü anasının yaşadığı evin həyətindəki tikilidə asıb. Hadisə səhər saatlarında baş verib. Ev sahibləri qadının meyitini asılmış vəziyyətdə aşkarlayıblar.

Məlumata görə, S.İsmayılovanın həyat yoldaşı 1 ay öncə qəfil dünyasını dəyişib və qadın bundan psixoloji sarsıntı keçirib.

Ailənin birgə nikahdan övladları olmayıb.

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …