Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Sərnişin qatarının vaqonları relsdən çıxdı: 1 nəfər ölüb, 3 nəfər yaralandı – Yenilənib

Sərnişin qatarının vaqonları relsdən çıxdı: 1 nəfər ölüb, 3 nəfər yaralandı – Yenilənib

Bu gün Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının vaqonları relsdən çıxıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb.
Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların sınmış pəncərələrindən çıxdıqları görünür.
***
Bu gün Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən veridiyi məlumata görə,  məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xilasedicilər hadisə yerinə göndərilib.

 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …