Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Ancelina Coli İŞİD zülmünə məruz qalanları ziyarət etdi – Fotolar

Ancelina Coli İŞİD zülmünə məruz qalanları ziyarət etdi – Fotolar

Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri, aktrisa Ancelina Coli İraqın Mosul şəhərini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, amerikalı aktrisa İŞİD terror təşkilatının zülmünə məruz qalan köhnə Mosul şəhərinin xarabalıqlarını gəzib.

Bölgə camaatı ilə söhbətləşən Coli onların ehtiyacları haqqında məlumat alıb. O qeyd edib ki, BMT missiyasında çalışdığı illər ərzində ən böyük xarabalığı Mosulda görüb.

Aktrisa insanların hər şeylərini itirdiklərini, evlərinin dağıldığını, yoxsul qaldıqları və uşaqları üçün dərman, hətta su tapa bilmədiklərini ifadə edib.


Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …