Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / “Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsidir” – Papa

“Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsidir” – Papa

Roma papası Fransisk Rusiya-Ukrayna münaqişəsinin dünya müharibəsi olduğunu bildirib.

Vatikana yaxın xəbər saytları Papanın Qazaxıstana səfəri zamanı bəzi Cizvit keşişləri ilə görüşündə bunu dediyini qeyd edib.

“Davam edən müharibə var. Məncə bunu yaxşı və pisdən bəhs edən kovboy filmi kimi düşünmək səhvdir. Bunun Rusiya ilə Ukrayna arasında müharibə olduğunu düşünmək də səhvdir. Bu, dünya müharibəsidir”, Papa vurğulayıb.

O, Ukrayna səfərinin hazırda gündəmdə olmadığını vurğulayıb.

AzVision.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …