Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Putinin qızı da boşandı – Rusiya prezidenti üçün seçkiqabağı soyuq duş…

Putinin qızı da boşandı – Rusiya prezidenti üçün seçkiqabağı soyuq duş…

Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova həyat yoldaşı, biznesmen Kirill Şamalovdan boşanıb.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Mətbu orqan iddia edir ki, K.Şamalov K. Tixonovadan boşanıb.
Qeyd edək ki, Putinin qızı Katerina 2013-cü ildə K.Şamalovla ailə həyatı qurub. Dəbdəbəli toy mərasimi Sankt-Peterburqun  şimalında V.Putinin dostu Yuriy Kovalçuka məxsus xizək sürmə mərkəzində keçirilib.
Həmin toyda heç bir xərcdən qaçılmayıb. Mühafizəçilər bütün stolların yanında keşik çəkiblər və içəri dəvətsiz heç kim buraxılmayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …