Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Mən liberal yəhudiyəm” –Barak Hüseyn Obamanın səmimi etirafları

“Mən liberal yəhudiyəm” –Barak Hüseyn Obamanın səmimi etirafları

“The Hill” (ABŞ)

Bu həftə Nyu-York şəhərindəki sinaqoqda danışarkən, sabiq prezident Obama yəhudi olduğunu söylədi: “Mən əsasən liberal yəhudiyəm”.

Obama, Qərbi Şəriyədəki İsrail yaşayış məskənlərinə dair tənqidi fikirlərinə aydınlıq gətirib və “Haaretz”in yazdığına görə, bu baxışının İsrailə olan dost münasibətinin bir parçası olduğunu söyləyib.

O deyib: “İsrailin əsl dostu olmaq üçün bu məsələdə dürüst olmaq vacibdir və bu ölkənin siyasəti bəzən bunu bildirməyə icazə vermir”.

Obamanın sözlərinə görə, Qərb Şəriyədəki yəhudi yaşayış məskənlərinin vəziyyəti “sabit deyil”. Bu həm Fələstin dövlətinin, həm də İsrailin gələcəyinə təhlükə yarada bilər.

Manhettendəki “Emanu-El” məbədində israilli “Reform” Yəhudi İcması üzvləri ilə görüş zamanı etdiyi çıxışda sabiq prezident BMT Təhlükəsizlik Şurasında İsrailin yeni yaşayış məskənləri yaratmasını qınayan və qərarın qəbul edilməsinə izin verən səsvermədə ABŞ təmsilçisinin bitərəf qalma mövqeyini müdafiə edib.

O, qərara veto qoyulmasının ABŞ-ın “insan hüquqları mövzusunda etibarlılığına” zərər verəcəyini söyləyib.

Səsvermədə iştirak etməməklə, Obama əks-çağırışla üzləşib, çünki bu, ABŞ-ın uzun müddətli siyasətində əhəmiyyətli qırılma kimi görünüb.

Obama, həmçinin administrasiyasının İsrailə dəstək verdiyini bildirib və deyib ki, bu “mübahisə mövzusu” ola bilməz, çünki vəzifədə olduğu müddətdə ABŞ, əvvəlki administrasiyalarla müqayisədə, İsrailə daha çox hərbi dəstək verib.

Obamanın “Emanu-El” sinaqoqunda açıqlamaları prezident Trampın Qüdsü İsrail paytaxtı olaraq tanıma qərarı verməsindən cəmi bir neçə həftə sonra səsləndirilib.

Bu qərardan sonra fələstinlilərlə qarşıdurmalar kəskin şəkildə artıb və Fələstin dövlətinin başçısı Mahmud Abbas Qüds qərara etiraz olaraq Yaxın Şərqə səfər etmiş vitse-prezident Penslə görüşməyi rədd edib.

Tramp artıq fələstinliləri sülh danışıqlarına meyllənmədikləri təqdirdə, maliyyə yardımını azaltmaqla hədələyib. ABŞ-ın BMT agentliyi vasitəsilə fələstinli qaçqınlar üçün nəzərdə tutulan 65 milyon dollar yardımı hazırda sual altındadır. (Strateq.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …