Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Kalından Türkiyə-Ermənistan sərhəddi ilə bağlı açıqlama

Kalından Türkiyə-Ermənistan sərhəddi ilə bağlı açıqlama

ürkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın yaxın vaxtlarda üçüncü ölkə pasportu olan şəxslər üçün Ermənistanla sərhədin açılmasının mümkünlüyünə eyham vurub. O, bu barədə yerli mətbuatdan birinə müsahibəsində bildirib.

“Xüsusi nümayəndələrimiz mütəmadi olaraq bu məsələləri müzakirə edirdi. Deyə bilərik ki, müsbət bir proses irəliləyir. Bu, pasportlarla icazələrin verilməsi, yaxın gələcəkdə atılması lazım olan mümkün addımlardır”, – Kalın iki ölkə arasında aparılan danışıqlara münasibət bildirərkən deyib.

O bildirib ki, qərarların qəbulu prosesi başlayıb və bu çox vacibdir.

“30 ildir görünməyən təmaslar yaradılıb. Bu yaxınlarda ölkəmizin prezidenti ilə Ermənistanın baş naziri görüşüblər. İlk dəfə olaraq bu səviyyədə görüşlər baş tutub”, – Kalın qeyd edib.

AzVision.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …