Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / Aqil Abbas: “Vasif Talıbov yaxşı nəzarət edə bilməyib”

Aqil Abbas: “Vasif Talıbov yaxşı nəzarət edə bilməyib”

“Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda araşdırmalar aparır, saxlanılar da var. Hələ əməliyyat gedir, görək nə olacaq? Konstitusiyamıza görə, Naxçıvanın muxtariyyətinin ləğv olunması üçün referendum keçirilməlidir. İndi orda baş idarələr yaradılıb, bu, yaxşı haldır, Bakıdan idarə olunur”.

Bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

O əlavə edib: “Amma əvvəl Naxçıvanda özləri özlərini idarə edirdilər, Bakıdan uzaqlaşmışdılar. Mən nə deyə bilərəm, deyim ki, adamları tutun güllələyin, ya buraxın? Əməliyyat gedir, kimin nə günahı varsa, korrupsiyaya qurşanıbsa, üstü açılır. İndi ikisini tutublar, deyilənlərə görə, bəzilərini də saxlayıblar. Məlumat dəqiq deyil. Mən də bir millət vəkili kimi rəsmi açıqlamadan – DTX-nin, Baş Prokurorluğun açıqlamasından kənar söz danışa bilmərəm. Mətbuatdan oxuyuruq ki, filankəslər tutulub, amma rəsmi açıqlama yoxdur”.

Deputat korrupsiya məsələsində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da məsuliyyət daşıdığı barədə tənqidlərə isə belə münasibət bildirib: “Deməli, Vasif Talıbov yaxşı nəzarət edə bilməyib də. Bir regionda belə hadisələr olursa, deməli, orda nəzarət zəif olub. Vasif Talıbovun özünün korrupsiyada əli var, ya yoxdur, bunu istintaq müəyyənləşdirməlidir. Mən durub Vasif Talıbov haqqında belə bir söz deyə bilmərəm. O, Naxçıvan Ali Məclisinin sədridir, onun haqqında söz deməyim düz gəlməz…” Pravda.az

Həmçinin oxuyun

“Ermənistan artıq Rusiyanın nəzarətindən çıxır” – Zərdüşt Əlizadə

“Ermənistan vaxtilə zəif idi, başı Azərbaycanla müharibəyə qarışmışdı və sərhədlərini Rusiya hərbçiləri müdafiə edirdi. O …