Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.
Virtualaz.org bildirir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan yerli KİV-ə İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.
Qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.