Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Cüdoçularımız Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş medal qazanıb

Cüdoçularımız Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş medal qazanıb

Avstriyada Avropa açıq birinciliyi keçirilir. Yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 2 qızıl və bir gümüş medal əlavə edib.

“Report” xəbər verir ki, təmsilçilərimizdən Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) qızıl medala sahib olublar. Telman Vəliyev (73 kq) isə gümüş medal əldə edib.

Qeyd edək ki, 42 ölkədən 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 18 cüdoçu ilə təmsil olunur.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …