Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / İranlı deputatdan Türkiyə barədə qalmaqallı sözlər

İranlı deputatdan Türkiyə barədə qalmaqallı sözlər

İran parlamentinin kürd əsilli deputatı Türkiyə əleyhinə qalmaqallı çıxış edib.

Mahabad (Soyuqbulaq) bölgəsindən seçilən millət vəkili Cəlal Mahmudzadə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi “Fərat Qalxanı” və “Zeytun budağı” anti-terror əməliyyatlarına etirazını bildirib.
Deputat çıxışında iddia edib ki, Türkiyənin PKK/KCK və PYD/YPG terrör təşkilatlarına qarşı əməliyyatları mülki insanlara qarşı yönəlib.

C.Mahmudzadə bundan əlavə, kürdlərin dəstəklədiyi HDP lideri Səlahəddin Dəmirdaşın dərhal azadlığa buraxılmasını tələb edib, onun qanunsuz şəkildə həbs edildiyini söyləyib. (Azvision.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …