Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Çexiyada tutulan Sərkisyan Ermənistana verilmədi

Çexiyada tutulan Sərkisyan Ermənistana verilmədi

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan hələ Ermənistana təhvil verilməyib.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri İrəvan polisinin rəisi Valeri Osipyan növbədənkənar parlament seçkilərində səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, proseslə bağlı sənədlər yığılır və yerdə qalan işlərlə Baş Prokurorluq məşğul olacaq: “Əsas odur ki, o, Çexiya hakimiyyəti tərəfindən saxlanılıb və Ermənistana veriləcək”.

Qeyd edək ki, Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın oğlu Narek Sərkisyan dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. O, Qvatamelaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek Sarkisyan adını Franklin Qonzales olaraq dəyişdirib.

Xatırladaq ki, Narek Sərkisyan silah və narkotik maddə saxlamaq, həmçinin adam oğurluğu ittihamı ilə “İnterpol” tərəfindən axtarışda olub.
Ermənistan Baş Prokurorluğu Narek Sərkisyanın ekstradisiyası ilə bağlı Çexiyaya müraciət edib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …