Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Gürcüstanda komendant saatı elan olundu

Gürcüstanda komendant saatı elan olundu

Gürcüstanda koronavirus pandemiyası səbəbindən bütün böyük şəhərlərdə komendant saatı elan olunub.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edilib.

Qərara əsasən, noyabrın 9-dan etibarən iri şəhərlərdə – Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə saat 22:00-dan 05:00-dək piyadaların və avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyətlər beynəlxalq yük daşımalarına şamil olunmayacaq.

Adıçəkilən şəhərlərdə uşaq bağçaları da müvəqqəti bağlanacaq, həmçinin ictimai nəqliyyatda sərnişin sıxlığının aradan qaldırılması üçün xüsusi tədbirlər görüləcək

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …