Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Dünyada koronavirusa yoluxanların sayı 224 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 224 milyon nəfəri ötüb

Dünyada COVID-19-a yoluxma ilə bağlı qeydə alınmış halların sayı 224 milyon 272 min 830 təşkil edib. 

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Xopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, virusun yayılmasının əvvəlindən bu günə kimi COVID-19-dan ölənlərin sayı 4 624 806 nəfərə çatıb.

COVID-19-a 20 milyondan çox yoluxma hallarının çoxu ilə bağlı üçlüyə ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ həm də koronavirus qurbanlarının sayına görə dünyada birincidir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …