Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / İpoteka kreditlərinin faiz dərəcələri yüksəkdir – (VİDEO)

İpoteka kreditlərinin faiz dərəcələri yüksəkdir – (VİDEO)

Vətəndaşlar ipoteka kreditlərinin şərtlərinin ağır olmasından narazıdırlar. Onlar Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələrinin əhalinin əksər hissəsi üçün əlçatan olmadığını deyirlər.
İqtisadçı-ekspert Elşad Məmmədov da eyni fikirdədir.
Onun sözlərinə görə, faiz dərəcələrinin yüksək olması nəticəsində ipoteka kreditlərinin xeyli hissəsi qaytarılmır. Bu da bankların problemli aktivlərinin artmasına şərait yaradır. Bu hal iqtisadiyyatın digər sahələrinə də mənfi təsir göstərir.
Elşad Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yollarından biri  dövlət dəstəyi ilə ipoteka institutunun inkişaf etdirilməsidir. Onun fikrincə, xüsusiləşdirilmiş dövlət idarəsinin kredit portfeli artırılmalı və həmin kreditlərin əlçatan faizlərlə verilməsi təmin edilməlidir.
Ekpertin sözlərinə görə, bu addımlar atılarsa, bank sektorunun yükü azalar, əhalinin sosial rifahı müsbətə doğru dəyişər. Bundan başqa, tikinti sektorunda canlanma yaranar ki, bu da yeni iş yerlərinin açılması ilə nəticələnə bilər.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …