Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / “ABŞ İrana qarşı sanksiyaları aradan qaldırmağa məcburdur” – Raisi

“ABŞ İrana qarşı sanksiyaları aradan qaldırmağa məcburdur” – Raisi

İyunun 19-da on yeddi milyondan çox səs toplayaraq prezident seçilən İbrahim Raisi İranın nüvə anlaşması ilə bağlı şərtlərini açıqlayıb. O, bildirib ki, İranın yeni hökuməti nüvə anlaşmasını dəstəkləyəcək, bir şərtlə ki, sazişin bütün iştirakçıları öhtəliklərini yerinə yetirsinlər.

ABŞ İrana qoyduğu sanksiyaları ləğv etmək məcburiyyətindədir, çünki nüvə anlaşmasını o pozub. Avropa Birliyi də müqavilənin müddəalarına əməl etmədi. Buradan digər ölkələrə səslənirəm, siz anlaşmadan irəli gələn şərtləri yerinə yetirməlisiniz, o zaman, biz də öz öhtəliklərimizi yerinə yetirəcəyik. Bizim siyasətimiz nüvə anlaşmasından başlamır və onunla da məhdudlaşmır,- deyə Raisi nüvə razılaşması iştirakçılarına səslənib.

O, həmçinin bildirib ki, İran xalqı ölkədə köklü dəyişikliklər, korrupsiya, yoxsulluq və ayrı-seçkiliklə mübarizə, ədalət tələb edir və yeni hökumət bu tələbləri yerinə yetirəcək.

Qeyd edək ki, Raisinin çıxışından bir qədər əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan “CNN”, “Fox News” və “ABC” telekanallarına açıqlamasında bəyan etmişdi ki, “İranda nüvə razılaşması üzrə qərarı yeni prezident deyil, ölkənin mənəvi lideri və idarəçisi Əli Xamenei verəcək”. Azvision.az

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …