Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Sedat Peker susdu, yoxsa susduruldu – RƏYLƏR

Sedat Peker susdu, yoxsa susduruldu – RƏYLƏR

Bir müddət öncə yayımladığı qalmaqallı videoçıxışları ilə gündəmə gələn Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın liderlərindən olan Sedat Peker son günlər “xainliyinə” ara verib.

Hansı ki, Sedat Peker çıxışlarında sona qədər gedəcəyini bəyan edirdi. Nə baş verdi, o “ağıllandı”, yoxsa digər səbəblər var?

Mafioz bununla bağlı açıqlama yayıb və deyib ki, təhlükəsizliyi ilə əlaqədar problem yaranıb, ona görə açıqlamaları müvəqqəti dayandırıb.

Bəs gerçək nədir? Nə ola bilər? Onu nə gözləyir? Anlaşsa belə, həbsdən sığortalana biləcəkmi?

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Sedat Pekerin salamat qalması müqabilində susması mümkündür: “Belə situasiyalarda bir sıra variantlar olur. Bu işin başında duran, yəni Sedat Pekerin özü belə bir vəziyyətdə bilir ki, istənilən hakimiyyətə, dövlətə sonunda məğlub olacaq. O, davam etsəydi, aradan götürülə bilərdi. Burada da heç kəs dövləti, hakimiyyəti qınamayacaqdı. Çünki bir cinayətkar aləmin nüfuzlu şəxsinin dövlətə meydan oxumasını hətta o hakimiyyətdən narazı olanlar belə istəməz.

Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq" - İlham İsmayıl  (AÇIQLAMA) .

İlham İsmayıl: “Bilir ki, istənilən hakimiyyətə, dövlətə sonunda məğlub olacaq”

Səhəri gün belə şəxslər başqa bir hakimiyyətə də meydan oxuyacaqlar. Bu nöqteyi-nəzərdən Sedat Peker salamat qalması üçün hər şeyi dayandırıb. O elə bilirdi ki, inqilab edəcək. Amma onun ”inqilabı” uzaqbaşı yayımladığı videoçıxışlarına milyonların baxması oldu. Başqa heç nə əldə edə bilmədi. Kiməsə zərər gətirə bilər. Amma nəzərə alın ki, bu, Türkiyə cəmiyyətidir. Belə cəmiyyətlərdə də bu cür məsələlər heç də uzun müddət şok effekti yaratmır. Hesab edirəm ki, Sedat Peker son anda başa düşdü ki, milyonların baxması ilə bir məsələnin həllini tapması tamam başqa məsələlərdir. O qədər adam baxsın ki, nə mənası var? Hətta bundan sonra inanmıram ki, onda şok effekti yaradan informasiyalar qalmış olsun”.

Əhəd Məmmədli – AĞ PARTİYA

Əhəd Məmmədli: “Peker böyük şahmat oyununda piyada olaraq qurban veriləcək”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli sonunda Pekerin qurban veriləcəyini düşünür: “Fikrimcə, Sedat Pekere ”danış” deyənlər indi də hələlik ona “sus” əmri veriblər. Peker xarici kəşfiyyatların nəzarətindədir. Onların icazəsi olmadan heç bir açıqlama verə bilməz. Görünür, sahibləri indi ona susmaq tapşırığı veriblər. Fikir verin, Peker hansı vaxtdan susmağa başladı? Ərdoğan-Bayden görüşündən sonra. İddia etmirəm ki, Ərdoğan-Bayden görüşündə Peker haqqında danışılıb. Amma ehtimal edirəm ki, Türkiyə tərəfi ABŞ-a bu barədə narazılığını bildirib və amerikalılar da türkiyəlilərlə danışıqların yaxşı müstəvidə keçməsi, davam etməsi üçün yuxarıda qeyd olunan nüansları nəzərə alıblar. Görünən tərəf həm də odur ki, Ərdoğan-Bayden görüşü müəyyən qədər pozitiv alınıb. Əks təqdirdə, Peker susmaq qərarı verməzdi. Düzdür, onun kimi adamlar adekvat olmadıqları üçün yeni boslarının tapşırığını da unuda bilərlər. Bu olan halda Peker özünü pis olan vəziyyətdən daha pis vəziyyətə sala bilər. O, çox riskli işə əl atıb və qaranlıq, çıxışı olmayan tunelə girib. Bu gün Amerika Pekeri qardaş Türkiyəmizə qarşı istifadə edir. Sabah Amerika Türkiyə ilə anlaşsa, Peker böyük şahmat oyununda piyada olaraq qurban veriləcək. Düşünürəm ki, bir vaxt keçdikdən sonra elə də olacaq. Ömrünün son çağlarında Peker gərək öz dövlətinə qarşı başqa dövlətlər tərəfindən istifadə edilməyəydi. Peker tarixə xalqını, millətini, dövlətini satmış adam kimi düşəcək. Bu aqibət ölümdən də betərdir. Bundan sonra çətin ki, türk dövləti onunla anlaşsın. Çünki bu gün sən dövlət olaraq bir xainlə anlaşsan, sabah bu başqa potensial xainlər üçün pis bir presedent yaradacaq. Yəni düşünüləcək ki, əgər Peker belə əfv edildisə, biz də xəyanət edib, sonra onun kimi dövlətlə anlaşarıq. Təbii ki, bu da yolverilməzdir. Ona görə düşünmürəm ki, Türkiyə dövləti ona xəyanət etmişlərlə anlaşsın. Fikrimcə, Peker əvvəl unudulacaq, heç kəsə lazım olmayandan sonra isə xərclənəcək”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …