Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / 41 nəfərin yandığı təyyarədən son – Fotolar

41 nəfərin yandığı təyyarədən son – Fotolar

Sosial şəbəkələrdə “Şeremetyevo” Hava Limanında yanan “Aeroflot” şirkətinə məxsus “Sukhoi Superjet 100” laynerinin salonunun görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yanğınsöndürənlərdən biri tərəfindən çəkilmiş fotolar “telegram-kanal 112”yə göndərilib. Şəkildə yanğından sonra kokpit nəzarət paneli və sərnişin oturacaqları arasında keçidin son vəziyyəti əks olunub.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …