Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub – FOTOLAR

“Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub – FOTOLAR

Naxçıvan şəhərindəki ­İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub.Moderator.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 350-dən çox idmançı mübarizə aparıb.
Beynəlxalq turnir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov ölkəmizdə, eyni zamanda muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Milli Karate Federasiyasının 25 illik yubileyi münasibətilə hazırlanış medall və diplomla təltif olunub. Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Gənclər və İdman naziri Azad Cabbarov da həmin medalla təltif ediliblər.
Həmçinin Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, “Bədən tərbiyəsi və idman xadimi”, federasiyanın fiziki hazırlıq üzrə məşqçisi Oqtay Məmmədov və “Arpaçay” Karate Klubunun rəhbəri Yavər Hüseynov Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası tərəfindən mükafatlandırılıblar. 
Tədbirin bəddi hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında bir-birindən rəngarəng musiqilər ifa edilib. İdmançıların nümunəvi çıxışları isə iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Sonra yarışın final görüşlərinə start verilib.
Turnirdə Naxçıvan Muxtar Respublikasının idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 350-dən çox 6-13, 14-15, 16-17 və 18-20 yaşlı karate ustası tatami üzərinə çıxıb.
Yekun nəticəyə əsasən, “Naxçıvan” komandası beynəlxalq turnirin qalibi olub. Türkiyə milli komandası ikinci, Bakının “Arpaçay” komandası isə üçüncü olub.
Sonda qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.
Mükafatları Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təqdim ediblər.
Qalib gələn “Naxçıvan” komandasına isə kuboku Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov təqdim edib.

 “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub-FOTOLAR
 “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub-FOTOLAR
 “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub-FOTOLAR
 “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub-FOTOLAR
 “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub-FOTOLAR

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …