Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ərdoğana sui-qəsd edilə bilər

Ərdoğana sui-qəsd edilə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, ölkənin kəşfiyyat xidmətlərinə Ərdoğanın Balkanlara səfəri zamanı ona sui-qəsd ola biləcəyinə dair məlumatlar daxil olub.
Qərb kəşfiyyatı da belə bir təhlükənin gözlənildiyini təsdiqləyib. İddia olunub ki, sui-qəsd planı bir qrup Türkiyə əsilli şəxs tərəfindən hazırlanıb.

Hazırda kəşfiyyat xidmətləri daxil olan məlumatlarla bağlı araşdırma aparır. (AzVision.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …