Azinforum.az xəbər verir ki, R. Mahmudov Modern.az saytına açıqlamasında onu səhiyyə nazirinin işdən çıxarması ilə bağlı deyilənləri təkzib edib.

Millət vəkili Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunduğunu, buradakı fəaliyyəti ilə bağlı 1 illik əmək müqaviləsi bağlandığını bildirib:

“Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb.

Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır”.