Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun işdən çıxarılan bacısının yerinə təyinat

Ziya Məmmədovun işdən çıxarılan bacısının yerinə təyinat

Bakıdakı 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsinə təyinat olub.
APA-nın xəbərinə görə, müvafiq əmrlə liseyin direktoru vəzifəsinə professor Nasim Abışov təyin olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Abışov 178-li tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova bir müddət əvvəl öz ərizəsi ilə “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunub. Təhsil Nazirliyi tərəfindən liseydə araşdırma aparılıb.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …