Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Teleqüllə təhlükədə: Ciddi çatlar əmələ gəlib (VİDEO)

Teleqüllə təhlükədə: Ciddi çatlar əmələ gəlib (VİDEO)

“Teleqüllə”nin yaxınlığında 60-70 metr uzunluğunda çatlar yaranıb.
Belə ki, aktivlik “Teleqüllə” sürüşmə sahəsində-teleqüllədən 200-250 metr cənub-şərqdə qeydə alınıb. Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, torpaq qatında eni 20 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Çatların gözlə görünən dərinliyi isə 6-7 metrdir.
Rafiq Həsənov deyir ki, aktivlik günü-gündən artır. Dəstə rəisinin sözlərinə görə, Bakı və Abşeronun əksər sürüşmə zonalarında son günlərdə xeyli aktivlik yaranıb.
Rafiq Həsənov bildirir ki, Teleqüllə ətrafındakı sürüşmənin sözügedən obyekt üçün heç bir təhlükəsi yoxdur. Lakin bu aktivlik yamacın aşağısında tikilən yaşayış evləri üçün təhlükəlidir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …