Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Tarixçi: “BDU-nun yaranması Cümhuriyyət üçün önəmli idi”

Tarixçi: “BDU-nun yaranması Cümhuriyyət üçün önəmli idi”

Bakı Dövlət Universitetinin yaradılmasından 100 il keçir. Universitet 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir.

Tarixçi Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, AXC-nin elm, mədəniyyət, təhsil sahəsində ən böyük uğurlarından biri BDU-nun yaradılmasıdır:

“Universitetdə yaradılmış fakültələr o dövr üçün ən öndə gedən, strateji istiqamətlər idi. BDU-nun yaradılması AXC üçün önəmli idi. Çünki çar Rusiyası dövründə Azərbaycan əhalisini elmdən uzaq tutmağa çalışırdılar. XIX əsrin sonu XX əsrin əvvəlində xarici ölkələrin universitetlərində təhsil almış ziyalıların müstəqilliyimizi qazandıqdan sonra ilk addımı BDU-nun yaradılması oldu. Bu, bizim üçün həm xatirə, həm də nişanədir”.

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …