Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Düşmənlə 5 gün yox, 1 gün müharibə aparmışıq” – Aprel qazisi

“Düşmənlə 5 gün yox, 1 gün müharibə aparmışıq” – Aprel qazisi

“Ömrümüz döyüşlə keçib. Bu millət döyüşə-döyüşə döyüşkən millətə çevrilib”.

Bunu aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev “Aprel-2016:Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə aprel döyüşlərinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Aprel qazisi bildirib ki, biz düşmənlə 5 gün yox, 1 gün müharibə aparmışıq: “Biz ermənini öz torpağımızdan çıxarmışıq. Kişi kişi ilə döyüşər. Biz kişilərlə döyüşmürdük. Bu döyüşlər ermənilərə və havadarlarına bir daha göstərdi ki, Ermənistanla döyüş meydanında tək qalarıqsa, onları məhv edərik. Düzdür, şəhidsiz qələbə olmayacaq. Amma biz buna hazırıq”. (AzVision.az)

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …