Azinforum.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 21-ci turunda “Sumqayıt”la sülh bağladıqları oyundan (1:1) sonra deyib.

Daha sonra ukraynalı mütəxəssis deyib: “Bu gün qalib gəlmək istəyirdik. Çünki strateji baxımdan qələbə çox lazım idi. Qarşıdakı çətin, gərgin qrafikli oyunlar, kubok görüşləri öncəsi qalib gəlsəydik, psixoloji cəhətdən də daha asan olardı. Lakin bu gün heç-heçə qeydə alındı. Oyunu analiz edəcəyik“.