Ana səhifə / Sosial (səhifə 491)

Sosial

“Nar” koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı

Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq “Nar”, abunəçilərinin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib. Bu xidmət sayəsində Bakı – Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər. Abunəçilər “Nar” xidmət mərkəzlərində göstərilən bütün …

Ətraflı oxu »

Azərbaycanda koronavirusla bağlı son vəziyyət – STATİSTİKA

Bu gün Azərbaycanda 2349 nəfər koronavirus testindən keçirilib. Bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, indiyədək Azərbaycanda testdən keçənlərin sayı 47 102 nəfərə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 4, intubasiya olunmuş xəstələrin sayı isə 2 nəfərdir. Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı 641, virusdan …

Ətraflı oxu »

Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş… – Video

Ötən gün Xətai ərazisində baş verən yanğında Azərbaycan Dillər Universitetinin müəllimi vəfat edib. Bu barədə “news24.az”a ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, tərcümə fakültəsinin xarici dillər kafedrasının müəllimi Leyla Manafova dünən evində baş vermiş yanğın zamanı həyatını itirib: “Bildirilir ki, Xətai rayonunda baş …

Ətraflı oxu »

Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. “Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər …

Ətraflı oxu »

Karantin rejimini pozan 1 369 sürücü və sərnişin cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb. BDYPİ-dən “Report”a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin …

Ətraflı oxu »

Bir rayonda qeydiyyatda olub digərində yaşayanların SMS problemi var?

“İnsanların Bakının bir rayonunda qeydiyyatda olub başqa bir rayonunda yaşamasının SMS-lə icazə almaq mexanizmi üçün heç bir problemi yoxdur”. Bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O bildirib ki, vətəndaşlar küçəyə çıxma səbəbini seçərək icazə alıb evdən çıxır:”Harada yaşayıb, harada qeydiyyatda …

Ətraflı oxu »

Supermarketlərdə müştəri qıtlığı yaşanır – Video

Bakıda fəaliyyət göstərən supermarketlərdə bu gün müştəri qıtlığı yaşanıb. Koronavirusla mübarizə məqsədi ilə bu gündən etibarən vətəndaşlar yalnız zəruri hallarda evdən çıxa bilirlər və bu da SMS vasitəsilə mümkündür. Xəzər TV-nin çəkilişi zamanı məlum olub ki, xüsusi karantin rejminin tətbiqi marketlərdə də hiss edilib və müştəri sayı olduqca az olub. SMS göndərib …

Ətraflı oxu »

Pandemiyadan sonra işini itirəcək peşə sahibləri…

Mütərəqqi Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasının sonunda hansı peşələrin risk altında olacağını öyrənmək üçün araşdırma aparıb. Qaynarinfo xəbər verir ki, araşdırmaya görə, ilk növbədə bu, turizm, moda, fitnes və stasionar iaşə sahələrində çalışanlara təsir göstərə bilər.Zərbə altına düşən ilk peşə sahibləri turizm agentləri və bələdçilərdir. Onların şirkətləri artıq dünyada hərəkət məhdudiyyətləri …

Ətraflı oxu »

Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı – VİDEO

Bu gün xüsusi karantin rejimi qaydaları qüvvəyə minir və Bakı şəhər ərazisində bir neçə yerdə post qurulub. Postlarda xidmət aparan yol polisi əməkdaşları nəqliyyat vasitələrini hərəkətini tənzimləyir, onların icazəsinin olub-olmamağı barədə yerindəcə araşdırma aparılır. Avtosfer.az-ın əməkdaşları da bu gün Bakı şəhər ərazisində yol polisini təşkil etdiyi tədbirləri izləyib və müşahidələr …

Ətraflı oxu »

Azərbaycanda koronavirusa yoluxan 2 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib. Onlardan COVID-19 üçün …

Ətraflı oxu »