Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş… – Video

Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş… – Video

Ötən gün Xətai ərazisində baş verən yanğında Azərbaycan Dillər Universitetinin müəllimi vəfat edib.

Bu barədə “news24.az”a ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı bildirib.

Onun sözlərinə görə, tərcümə fakültəsinin xarici dillər kafedrasının müəllimi Leyla Manafova dünən evində baş vermiş yanğın zamanı həyatını itirib:

“Bildirilir ki, Xətai rayonunda baş verən yanğın elə onların evindən başlayıb. Müəllimə yanğın vaxtı eyvana çıxıb, ayağı sürüşərək ikinci mərtəbədən yıxılıb.

Bu barədə əlavə məlumatım yoxdur. Sadəcə bildirilir ki, həyat yoldaşı xilasedicilər tərəfindən xilas edilib”.

Mətbuat katibi koronavirusla əlaqədar yas mərasimində iştirak edə bilmədiklərini də vurğulayıb:

“Elə bir vəziyyətdir ki, hüzr yerində iştirak da edə bilmirik.

İş yoldaşlarının iştirakına icazə verilmir. Universitetimizin rəhbərliyi, kollektivi adından başsağlığı veririk.

Allah rəhmət eləsin. Allah yaxınlarına səbr versin”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …