Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Supermarketlərdə müştəri qıtlığı yaşanır – Video

Supermarketlərdə müştəri qıtlığı yaşanır – Video

Bakıda fəaliyyət göstərən supermarketlərdə bu gün müştəri qıtlığı yaşanıb.

Koronavirusla mübarizə məqsədi ilə bu gündən etibarən vətəndaşlar yalnız zəruri hallarda evdən çıxa bilirlər və bu da SMS vasitəsilə mümkündür.

Xəzər TV-nin çəkilişi zamanı məlum olub ki, xüsusi karantin rejminin tətbiqi marketlərdə də hiss edilib və müştəri sayı olduqca az olub.

SMS göndərib zəruri ehtiyacını almaq üçün marketə gələn müştərilər də olub.

Mağaza müdirləri isə deyib ki, anbarlarda kifayət qədər ərzaq var və müştərilər aldıqca boşalan vitrinlər yeniləri ilə doldurulur.

Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …