Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Pandemiyadan sonra işini itirəcək peşə sahibləri…

Pandemiyadan sonra işini itirəcək peşə sahibləri…

Mütərəqqi Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasının sonunda hansı peşələrin risk altında olacağını öyrənmək üçün araşdırma aparıb. 
Qaynarinfo xəbər verir ki, araşdırmaya görə, ilk növbədə bu, turizm, moda, fitnes və stasionar iaşə sahələrində çalışanlara təsir göstərə bilər.
Zərbə altına düşən ilk peşə sahibləri turizm agentləri və bələdçilərdir. Onların şirkətləri artıq dünyada hərəkət məhdudiyyətləri səbəbindən öz fəaliyyətini dayandırıblar.
Bir sıra aviaşirkətlər də iflas həddinə çatdığına görə bir çox peşəkar mütəxəssislər yeni iş axtaracaq və hər sahədə rəqabət səviyyəsi artacaq.
Bir çox fitnes müəllimi də yeni iş axtarmalı olacaq. Fitnes mərkəzləri məhdudiyyətlər üzündən ciddi şəkildə əziyyət çəkəcək, yenidən müştəriləri cəlb etməli olacaqlar. Bu sahədəki gənc mütəxəssislər buna görə rəqabətsiz olacaqlar.
Hökumətlər tərəfindən tətbiq olunan tədbirlər bir çox sənaye sahələrində avtomatlaşdırmaya səbəb olacaq. Onlayn xidmətlər inkişaf etdiriləcək. Təhlilçilər, hüquq məsləhətçiləri, bank menecerləri, əczaçılar kimi ixtisaslaşmış şöbələrin nümayəndələri risk altına düşə bilərlər.
Bundan əlavə, elektron formalara keçid səbəbiylə dəyişikliklər çap işçilərinə də təsir göstərəcək.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …