Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial (səhifə 1255)

Sosial

Azərbaycanlı deputatlardan- Sərt bəyanat

Almaniya Bundestaqının iyunun 12-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar bəyanat qəbul ediblər. “Qafqazinfo”nun Azərtac-a istinadən xəbərinə görə, bəyanatda bildirilir: “Biz, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar Almaniya Bundestaqının 2015-ci …

Ətraflı oxu »

Putinlə Əliyev Bakıda nələrdən danışdılar?

Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. APA-nın Kremlin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, o cümlədən iqtisadi ticarət sahəsindəki vəziyyət müzakirə olunub. Azərbaycan prezidenti öncə 12 İyun – Rusiyanın Müstəqillik günü münasibətilə V. Putini və Rusiya xalqını təbrik edib: “Rusiyanın …

Ətraflı oxu »

Səfir Arif Məmmədov prezidentliyə namizədliyini irəli sürdü

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədov sensasion bəyanatla çıxış edib. Virtualaz.org saytının xəbərinə görə, sabiq səfir bəyan edib ki, Azərbaycan prezidenti postuna namizədliyini irəli sürür. O, özünün “Azərbaycan-2025” adlı siyasi proqramını da açıqlayıb. “Başlanğıc kimi ölkəni böhrandan çıxarmaq üçün “Azərbaycan-2025” milli proqramını, yəni ölkənin yaxın …

Ətraflı oxu »

Ərdoğanla Putin Bakıda danışıqlar aparıb

Rusiya prezidenti Vlaimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Bakıda danışıqlar aparıblar. Musavat.com ria.ru-ya istinadən xəbər verir ki, danışıqlar qapalı rejimdə, mediasız keçib. Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuru Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko və “Qazprom”un …

Ətraflı oxu »

“Harınlamış məmur övladı deyiləm”- Əliağa Kürçayının nəvəsi

O, Bakıda idarə etdiyi “Porsche” ilə yol polisinə xəsarət yetirməklə gündəmə gəlmişdi. Mətbuat günlərlə onun bu əməlindən yazıb, tənqid edirdi. Gec də olsa Əliağa Kürçaylı üzə çıxaraq haqqında deyilən ittihamlara cavab verib. Bundan əlavə o, verdiyi müsahibədə bir sıra məqamlara da toxunub. Azvision.az saytı Azərbaycanın tanınmış şairi, mərhum Əliağa Kürçaylının …

Ətraflı oxu »

Əli Həsənov: “Azərbaycanda siyasi məhbus yoxdur”

“Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”. APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa …

Ətraflı oxu »

“Azərbaycana qarşı kampaniyanın başında Almaniya dayanır” – YAP

“Avropa Parlamenti məsələlərə ikili standartlarla yanaşır. Bu qurumda dinləmələrin keçirilməsi ədalətsizlik idi. Çünki BMT-nin qəbul etdiyi qətnaməyə görə, idmanı siyasətlə eyniləşdirmək olmaz. Təəssüflər olsun ki, Avropa Parlamenti və bəzi təşkilatlar idmanla siyasəti eyniləşdirirlər. Bu da onların iqtisadi maraqlarından irəli gəlir”. Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin …

Ətraflı oxu »

Bakıda Britaniya səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Bu gün bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Azinforum.az-ın xəbərinə görə, aksiya iştirakçıları “İngiltərə, ikili standartlardan əl çək!”, “İngiltərə, ermənilərlə iş birliyin mübarək!”, “London platformasının insan hüquqlarına nə aidityyatı?!”, “Azərbaycanda zor yox, hüquq işləyir!” və sairə şüarlar səsləndiriblər. Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamə səfirliyə təqdim …

Ətraflı oxu »

AMİP Türkiyəyə səsləndi – BƏYƏNAT

Azərbaycan Milli İstiqlal Partiyası 07 iyun 2015-ci il tarixlində Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinə keçirilmiş seçkinin nəticələrini türk xalqının demokratik və dünyəvi dəyərlərə sadiqliyinin nümayişi kimi qiymətləndirir.  Bu barədə Azinforum.az-a partiyadan göndərilən bəyanatda deyilir: “Baş tutmuş seçkilər Türkiyəyə düşmən mövqedə olan qüvvələrin anti-Tükiyə təbliğatına tutarlı cavabdır. Azərbaycan Milli İstiqlal Partiyası …

Ətraflı oxu »

Fəzail Ağamalı Zahid Orucun əvəzinə kimin deputat seçilməsini istəyir? – AÇIQLAMA

Ana Vətən Partiyası (AVP) 2010-cu ildə keçirilən seçkilərdən sonra Milli Məclisdə iki deputatla – partiyanın sədri Fəzail Ağamalı və müavini Zahid Orucla təmsil olunurdu. Zahid Oruc 2013-cü ilin payızında keçirilən prezident seçkiləri ərəfəsində müstəqil şəkildə namizədliyini irəli sürdüyü üçün AVP-dən uzaqlaşdırıldı. Bəs, bu ilin payızında keçiriləcək parlament seçkilərində AVP neçə …

Ətraflı oxu »