Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Səfir Arif Məmmədov prezidentliyə namizədliyini irəli sürdü

Səfir Arif Məmmədov prezidentliyə namizədliyini irəli sürdü

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədov sensasion bəyanatla çıxış edib.

Virtualaz.org saytının xəbərinə görə, sabiq səfir bəyan edib ki, Azərbaycan prezidenti postuna namizədliyini irəli sürür. O, özünün “Azərbaycan-2025” adlı siyasi proqramını da açıqlayıb.

“Başlanğıc kimi ölkəni böhrandan çıxarmaq üçün “Azərbaycan-2025” milli proqramını, yəni ölkənin yaxın 10 ildəki gələcəyinə dair baxışlarımı hazırlamaq istəyirəm. İstəyirəm ki, mənim xalqım belçikalı və norveçlilərdən, fransız və almanlardan pis yaşamasın” – deyə A.Məmədov öz facebook səhifəsində yazır.

“Yazmışam ki, mənə bu ideyanı həyata keçirmək üçün siyasi partiya və ya hər hansı başqa struktur lazım deyil. Mənə bu proqramı hazırlamaqda kömək edə biləcək 10-20 adamdan ibarət beyin mərkəzi lazımdır. Lakin bu layihədə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı iştirak etməlidir. Məsləhətləşmələrə xarici ekspertlər də cəlb oluna bilərlər” – deyə sabiq səfir yazır.

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …

Bir cavab yazın