Çərşənbə axşamı , May 28 2024
Ana səhifə / Siyasət (səhifə 796)

Siyasət

Əli Həsənov: “Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb”

Elman Nəsirov: “Azərbaycana qarşı təzyiq, diktə dili ilə danışmaq siyasəti qəbuledilməzdir” ABŞ Dövlət Departamentinin dünya ölkələrindən insan haqlarının durumuna dair illik hesabatı yayılıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə daha öncəki illər baş verən insan haqları ilə bağlı problemlər 2017-ci ildə də davam edib. Ən ciddi insan haqları pozuntuları …

Ətraflı oxu »

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Azərbaycan Milli İstiqlal Partiyasının təsisçisi və qurucularından biri olan, uzun müddət partiyanın Ali Məclisinə üzv secilən, lakin partiyanın siyasi kursu ilə razılaşmayıb istefa verən,  Azərbaycan jurnalistlər birliyinin üzvü Əlövsət Əliyev yenicə Baş nazir seçilən Novruz Məmmədovla bağlı düşüncələrini bölüşüb. “Novruz Məmmədovu 1992- ci ildən tanıyıram, dəfələrlə onunla ünsiyyətim olub. Novruz …

Ətraflı oxu »

Azərbaycanla İran arasında Anlaşma Memorandumu təsdiq edilib – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun …

Ətraflı oxu »

Milli Məclisdə deputatların sayı azaldı

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə daha 3 millət vəkili hökumətdə yer alıb. Bunlar Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov və millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevdir. Qeyd edək ki, …

Ətraflı oxu »

Təhsil Naziri Ceyhun Bayramov kimdir? – DOSYE

Uzun müddətdir boş qalan təhsil naziri postu Ceyhun Bayramova həvalə edilib. Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü …

Ətraflı oxu »

Sergey Markov: “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana ciddi şans verir”

Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir. Bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri Serj Sarkisyanın istefasını şərh edərkən deyib. S.Markovun sözlərinə görə, Serj …

Ətraflı oxu »

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi

Rusiya prezidenti Vladimir Putin 40 əcnəbiyə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı sərəncam verib. Modern.az “Ria Novostiyə” istinadən xəbər verir ki, bu barədə onlardan üçü Azərbaycan əsillidir. Bu 40 nəfər müxtəlif millətlərdəndir. Onların 3-ü Azərbaycan, Əfqanıstan, Moldova, Tacikistan və Özbəkistandan hər biri 6 nəfər olmaqla, 5-i Ukrayna, Ermənistan və Qazaxıstanın hər …

Ətraflı oxu »

Səməd Seyidovun AŞPA-da qəzəbli çıxışı: “Burda kimsə məni korrupsiyada ittiham edə bilməz”

“Bu gün AŞPA-da çıxış etmək asan deyil. Burada bizim ölkəmizi tamamilə ədalətsiz şəkildə təqdim etmək cəhdləri var”. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adının AŞPA-nın müstəqil Araşdırma Qrupunun korrupsiya ilə bağlı hesabatına daxil edilməsi ilə bağlı çıxışında deyib. “Mən …

Ətraflı oxu »

Prezidentdən daha bir gəncə yüksək vəzifə

Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib. “Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Milli Məclisin Gənclər Komitəsinin sədri Fuad Muradov təyin edilib. Məlumat üçün bildirək ki, Komitə yarandığı gündən bəri ona sədrliyi Nazim İbrahimov edib. Qeyd edək ki, Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı …

Ətraflı oxu »

Təhsil naziri Ceyhun Bayramov olacaq- sabah kollektiv qarşısına çıxır

Daha bir nazir postunu kimin tutacağı məlum olub. Sabah yeni təhsil naziri kollektivə təqdim olunacaq. Musavat.com-un əldə etdiyi məlumata görə, prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb. Sərəncamda təhsil naziri kimi Ceyhun Bayramovun adı qeyd edilir. Hazırda nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramov buna qədər təhsil …

Ətraflı oxu »