Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Milli Məclisdə deputatların sayı azaldı

Milli Məclisdə deputatların sayı azaldı

Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə daha 3 millət vəkili hökumətdə yer alıb.
Bunlar Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov və millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevdir.
Qeyd edək ki, M. Babayev Hüseynqulu Bağırovun yerinə ekologiya və təbii sərvətlər naziri, F. Muradov Nazim İbrahimovun yerinə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, V.Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.
Bununla da MM üzvlərinin sayı daha 3 nəfər azalıb, 125-dən 119-a düşüb.
Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu RzayevAzərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.
Bu səbəbdən yaxın zamanlarda bu deputatların səlahiyyətlərinə xitam veriləcək.
Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini,  o cümlədən, Mübariz Qurbanlı  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verilmişdi.
Bir neçə gün öncə millət vəkili -71 yaşlı Astan Şahverdiyevqəflətən ürəktutmasından dünyasını dəyişib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …