Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Sabiq AMİP-çi yeni Baş naziri belə xarakterizə etdi: “Qazanan Millətimiz və Dövlətimiz olacaq”

Azərbaycan Milli İstiqlal Partiyasının təsisçisi və qurucularından biri olan, uzun müddət partiyanın Ali Məclisinə üzv secilən, lakin partiyanın siyasi kursu ilə razılaşmayıb istefa verən,  Azərbaycan jurnalistlər birliyinin üzvü Əlövsət Əliyev yenicə Baş nazir seçilən Novruz Məmmədovla bağlı düşüncələrini bölüşüb.

“Novruz Məmmədovu 1992- ci ildən tanıyıram, dəfələrlə onunla ünsiyyətim olub. Novruz müəllim kifayət qədər siyasi, iqtisadi biliyə malik, milli düşüncəli bir ziyalıdır.Tam əminəm ki,  Novruz Məmmədov Baş nazir olaraq öz bilik və bacarıgı sayəsində ölkəmizə və millətimizə öz töhvəsini verəcək. Eyni zamanda, düşünürəm ki, onun siyasi və iqtisadi fəaliyyəti sayəsində bir sıra müxalifət partiyaları və onların nümayəndələri Umummilli Lider Heydər Əliyevin siyasi kursunu dəstəkləmiş olacaqlar. Bu amil də Milli Birliyin yaradılmasına öz töhvəsini verəcək. Nəticədə  qazanan Millətimiz və Dövlətimiz olacaq”.

Azinforum.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …